Previous Next
Bağla

Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikata layiq görülüb  

19-12-2023 13:08
Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikata layiq görülüb   

Ölkənin lider mobil operatoru korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara uyğunluğunu bir daha təsdiq edib

 “Azercell Telekom” MMC ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikatını uğurla yeniləyib. ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin Denetik Belgelendirme şirkətinin 30-31 oktyabr 2023-cü il ərzində keçirdiyi sertifikatlaşdırma auditi Azercell-in antikorrupsiya proqramının bütün tələblərə cavab verdiyini bir daha təsdiq edib və sertifikatın vaxtı üç ilədək uzadılıb. ISO 37001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc edilib və korrupsiyaya qarşı mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir. 

 Beynəlxalq standartlara uyğunluq sertifikatı Azercell-in Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyevaya təqdim olunub. Ş.Əliyeva Azercell-in bu sertifikatı əldə edən ilk mobil operator olduğunu vurğulayaraq şirkətin korrupsiya ilə mübarizə proqramının tətbiqi və təşviqində məqsədyönlü və qətiyyətli addımlar atdığını bildirib.

 Qeyd edək ki, uzun müddətdir ki, Azercell-də xüsusi antikorrupsiya proqramı tətbiq olunur. Proqramın əsas istiqaməti korrupsiyanın qarşısının alınmasına xidmət etmək, biznes etikası davranışının təbliği, bu istiqamətdə işçi heyəti və üçüncü şəxslərə (biznes tərəfdaşları, müştərilər, təchizatçılar və s.) davamlı təlimlərin təşkil edilməsi, korrupsiya halları ilə bağlı məlumatvermə kanallarının yaradılması, komplayens standartlarının effektiv tətbiqinin yoxlanılması, pozuntu hallarının araşdırılması və korrupsiya risklərinin azaldılması üzrə müvafiq tədbirlərin görülməsi və s. aiddir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Antikorrupsiya idarəetmə sistemi üzrə Azercell-in sertifikasiyası uğurla yenilənib

17-11-2022

Azercell növbəti dəfə “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görülüb

22-10-2021

Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib

11-12-2024

Azercell “Antikorrupsiya idarəetmə sistemi” sertifikatın layiq görülüb

07-11-2020

NEQSOL Holding komplayensin yüksək səviyyədə olmasını təsdiq edərək ISO sertifikatını alıb

25-05-2021

Azercell müştəri məlumatlarını beynəlxalq standartlara uyğun qoruduğunu bir daha təsdiq etdi

19-12-2022

Azercell ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

23-01-2026

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yeniləyib

15-12-2025

Azercell İSO/IEC 27001 sertifikatını alan ilk mobil operator olub

29-12-2019

DOST Agentliyi ISO sertifikatlarına layiq görülüb

16-01-2026

Azercell-dən növbəti uğur

07-09-2017

“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib

02-06-2023

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikata layiq görüldü

16-01-2024

ADY ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi sertifikatını əldə edib

14-12-2024

Azercell “Etik Satınalma və Təchizat” sertifikatına layiq görülüb

19-11-2025

Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir

04-04-2024

Azercell növbəti dəfə beynəxalq sertifikata layiq görülüb

29-07-2020

“Azercell” yeni mükafata layiq görülüb

02-03-2021

Nazirlik beynəlxalq standartın tələbləri əsasında yoxlanılıb

19-03-2013

“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü

24-01-2024

“Azərpoçt” “ISO 9001:2015” sertifikatı alıb

16-12-2025

"Rəqəmsallaşma həllərinin artırılması üzərində fəaliyyətimizi gücləndirmişik"

16-03-2023

AzInTelecom “Biznes Davamlılığının İdarəetməsi” sertifikatına layiq görülüb

16-07-2020

Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib

28-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə